QR CodeQR Code

ABŞ ordusunda rekord sayda intihar qeydə alınıb

17 Aug 2012 13:16

IslamTimes - Son yeddi ayda intihar edənlərin sayı isə 116 əsgərə çatıb


FaktXeber-in "Time" jurnalına istinadən verdiyi məlumata görə, Amerika ordusunda son zamanlar intihar hadisələri geniş vüsət aslıb. İki ay ərzində orduda baş verən intiharlar zamanı 38 əsgər dünyasını dəyişib. Son yeddi ayda intihar edənlərin sayı isə 116 əsgərə yüksəlib.

Qeyd edək ki, Amerika Ordusunda intihar edənlərin sayı 2009-cu ildən etibarən mətbuata açıqlanmağa başlanıb. Keçən ay Dəniz Piyadalarında 8 əsgər, iyun ayında isə 6 əsgər həyatını itirib. Hava Qüvvələrində keçən ay intihar edənlərin sayı 6, iyunda isə 2 əsgər olub. 2011-ci il ABŞ ordusunda həlak olanların ümumi sayı 167 əsgərdir.


Story Code: 188227

News Link :
https://www.islamtimes.org/az/news/188227/abş-ordusunda-rekord-sayda-intihar-qeydə-alınıb

Islam Times
  https://www.islamtimes.org