QR CodeQR Code

Qüds Günü Sionizmin məhvinə səbəb olacaq

İslamtimes , 18 Aug 2012 00:42

Islamtimes - İran Prezidenti Mahmud Əhmədinejad deyib ki, Beynəlxalq Qüds Günü Sionizm adlı qara ləkəni dünya ictimaiyyətindən silmək üçün bütün insanların bir araya gələrək həmrəylik göstərdiyi bir gündür.


www.islamtimes.org/az/ - Cümə günü Beynəlxalq Qüds Günü münasibətilə təşkil edilmiş mərasimdə Əhmədinejad çıxış edərək deyib: “Bugün Sionizmin və onun yaratdığı qondarma insan hüquqlarını müdafiə edənlərə qarşı getmək həqiqətdə insanların şərəf və ləyaqətini qorumaq və insanlığı razələtdən, cəhalətdən qurtarmaq üçün atılan addımdır.”

İran prezidenti İsrail rejiminin Yaxın Şərqi və bütün dünyanı idarə etmək üçün bir vasitə olduğunu demiş və bildirmişdir ki, İsrail rejiminin mövcudluğu bütün insanlıq üçün təhqirdir.
Əhmədinejad deyib ki, Sionistlər bütün xalqlar üzərində hökmranlıq etmək və ABŞ-ın hegamonluğu üçün şərait yaratmaq üçün I və II Dünya Müharibələrinin təşkilatçılarıdırlar.

O əlavə edərək deyib ki, dünyanın əsas güc mərkəzləri, media və bankları Sionistlər tərəfindən idarə edilir.

O deyib ki, hətta ABŞ prezidentliyinə namizədlər prezidentliyə seçilmək üçün gərək Sionistlər qarşısında baş əyələr.

O güclərin birləşdirilməsinin və fundamental dəyərlərin qorunmasının əhəmiyyətini vurğulayıb.

O deyib: “İran xalqı bir qırıq da olsun öz fundamental dəyərlərindən və digər xalqların haqqlarından vaz keçməyəcəklər.”
Beynəlxalq Qüds Günündə Fələstinlilərə dəstək olmaq üçün Tehran və İranın 550-dən çox şəhərində milyonlarla insanlar kütləvi yürüşlər keçiriblər.


Story Code: 188364

News Link :
https://www.islamtimes.org/az/news/188364/qüds-günü-sionizmin-məhvinə-səbəb-olacaq

Islam Times
  https://www.islamtimes.org