QR CodeQR Code

Bəhreyn və Səudiyyə Ərəbistanında Qüds Günü nümayişləri keçirilib

İslamtimes , 18 Aug 2012 02:19

İslamtimes - Bəhreyn və Səudiyyə Ərəbistanın Şərq Əyalətindəki insanlar küçələrə axışaraq Fələstinlilərə dəstək olmaq və onların işğal edilmiş torpaqlarının İsrail rejiminin əsarətindən azad edilməsi üçün Qüds Günü nümayişləri keçiriblər.


www.islamtimes.org/az/ - Səudiyyə rejimi və Bəhreyn hökuməti tərəfindən tətbiq edilən qadağalara baxmayaraq insanlar Müqəddəs Ramazan ayının son cümə günü münasibəti ilə həyata keçirilən nümayiş və yürüşlərdə iştirak ediblər.

Bu arada Yəmənin paytaxtı Sanada da çıxış edənlərin müsəlmanları ABŞ ilə bütün əlaqələri kəsməyə çağıran Qüds Günü Konfransı keçirilib.

Məruzəçilər deyiblər ki, ABŞ-ı dəstəkləmək Sionistlərin Fələstini işğalını dəstəkləmək ilə eynidir.

1979-cu ildə İslam Respublikasının banisi İmam Xomeyni bütün müsəlmanların Fələstinlilərə həmrəy olduğunu nümayiş etdirmək üçün Müqəddəs Ramazan ayının son cümə gününü Beynəlxalq Qüds Günü kimi élan etmişdir.


Story Code: 188388

News Link :
https://www.islamtimes.org/az/news/188388/bəhreyn-və-səudiyyə-ərəbistanında-qüds-günü-nümayişləri-keçirilib

Islam Times
  https://www.islamtimes.org