QR CodeQR Code

"Yüz minlərlə sionistin həyatı əsil cəhənnəmə çevriləcək"

18 Aug 2012 09:17

IslamTimes - Seyid Həsən Nəsrullah: "İsrailin 2006-cı ildə Livana qarşı müharibədə biabırçı məğlubiyyəti səbəb olub ki, bu gün sionist siyasilər Netanyahunun növbəti müharibə planına qarşı çıxır."


"IslamTimes" "PressTV" saytına istinadən xəbər verir ki, Hizbullah lideri Seyid Həsən Nəsrullah cümə günü "Qüds günü" münasibəti ilə çıxışı zamanı deyib: "Əgər işğalşı İsrail rejimi Livana qarşı daha bir hücum təşkil edərsə, Hizbullahın öz ölkəsini qorumağa həm gücü çatacaq, həm də şücaəti. Bizim işğal olunmuş ərazilərdə müəyyən nöqtələri vurmaq üçün raketlərimiz hazır vəziyyətdədir."

Nəsrullah raketlərin İsraildəki müəyyən ərazilərə tuşlandığını xatırladarkən deyib: "Əgər məcbur olsaq, raketlərdən ölkəmizi və xalqımızı qorumaq məqsədi ilə istifadə edəcəyik. Raketlərin İsrailə yağdırılmasında bir an belə tərəddüd etməyəcəyik. Belə olan halda isə yüz minlərlə sionistin həyatı əsil cəhənnəmə çevriləcək."

Hizbullah lideri İsrailin gələcəkdə başlada biləcəyi ehtimali müharibənin onun üçün ağır xərclərlə tamamlanacağını və 2006-cı ildə Livanda məğlubiyyətə uğradığı müharibə ilə belə müqayisə edilməyəcəyini bildirib.

Seyid Həsən Nəsrullah deyib: "İsrailin 2006-cı ildə Livana qarşı müharibədə biabırçı məğlubiyyəti səbəb olub ki, bu gün sionist siyasilər Netanyahunun növbəti müharibə planına qarşı çıxır və heç vəchlə bu plananla razılaşmaq niyyətində deyillər."


Story Code: 188430

News Link :
https://www.islamtimes.org/az/news/188430/yüz-minlərlə-sionistin-həyatı-əsil-cəhənnəmə-çevriləcək

Islam Times
  https://www.islamtimes.org