QR CodeQR Code

Pan Gi Mundan biabırçı bəyanat

18 Aug 2012 11:49

IslamTimes - İsrailin sifarişlərini həyata keçirən BMT baş katibi Pan Gi Mun İran islam Respublikası ilə bağlı gülünc bəyanatla çıxış edib.


BMT baş katibi Pan Gi Mun İran islam Respublikası ilə bağlı gülünc bəyanatla çıxış edib. Pan Gi Mun bildirib ki, İran rəsmiləri İsraili təhdid edən bəyanatlarına son qoymalıdır. Bu bəyanatdan sonra BMT baş katibinin İsrailin sifarişlərini yetirməsi ilə bağlı kiçik bir qrupda şübhələr vardısa, onlar da atıq bu faktı qəbul etməli olacaq.

İllərdir dünya mətbuatında işğalçı İsrail rejiminin İrana qarşı hədə-qorxuları ışıqlandırılır. Sionist rejimi bütün məntəqədə bir təhlükə hesab olunur. Onların Fələstində törətdiyi cinayətlərə göz yumulur, İslam ölkələrində həyata keçirdiyi terror aktları ört-bastır edilir. Sionist rejim nəinki İrana hədə-qorxu gəlir, hətta dəfələrlə İslam Respublikasına təşkil ediləcək hücumun tarixini belə açıqlayıb. Son günlərdə ABŞ-ın İrana qarşı müharibədən çəkindiyini hiss edən İsrail rəsmiləri Birləşmiş Ştatları da sıxışdıraraq, İrana hücum etməyə təhrik edir.


Story Code: 188490

News Link :
https://www.islamtimes.org/az/news/188490/pan-gi-mundan-biabırçı-bəyanat

Islam Times
  https://www.islamtimes.org