0
Saturday 18 August 2012 - 19:04

Xaçmazda "Qüds günü" ilə bağlı yürüş olub

Story Code : 188634
Xaçmazda "Qüds günü" ilə bağlı yürüş olub
Xaçmazda "Qüds günü" ilə bağlı yürüş olub
İslamazeri.az-a verilən məlumata görə, ziyarət zamanı torpağlar uğrunda şəhid olan şəhidlərimiz bir daha yad edilib və "şəhid anası" abidəsinə gül-çiçək qoyulub.

Sonra dindarlar cümə namazında iştirak etmək üçün məsciddə cəmləşiblər. Cümə namazı xətibi Hacı Zaur Məmmədov İranda baş vermiş zəlzələ nəticəsində ölənlərin ruhuna rəhmət oxudu və xəstələrə acil şəfalar dilədi.

Sonra xətib Fitr bayramı və onun mahiyyəti haqqında məlumat verdi.İlk xütbənin yarısını və ikinci xütbəsinin hamısını beynəlxalq "Qüds" gününə aid edən Xətib dedi:

"Əzizlərim! Bizim üçün öz doğma vətənimiz olan Azərbaycanda hər hansı istiqamətə tərəf 22.5 km. getdikdə artıq namazımız qəsr və orucumuz batil olur. Getdiyimiz yer vətənimiz olsa belə yaşadığımız ərazidən şərii ölçü ilə uzaq olduğu üçün biz orda özümüzü müsafir olaraq hiss edirik. Lakin bu gün İsrailin işğal etdiyi Məscüdül-Əqsa o yerlədəndir ki, orda namazlar tam qılınır. Ora biz müsəlmanların ilk qibləsi və Allah Rəsulunun (s) meraca getdiyi müqəddəs məkan olduğu üçün bizə vətən qədər bəlkə də artıq əziz və doğmadır"
Source : İslamazeri
Comment