0
Monday 20 August 2012 - 13:30

İranın müdafiə nazirindən İsrailə cavab

Story Code : 188832
Israel - Iran
Israel - Iran
İranın müdafiə naziri Əhməd Vəhidi İsrailin bəzi rəsmilərinin ölkənin İrana hücumu ilə bağlı son günlərdəki çıxışlarına münasibət bildirib və deyib ki, onlar militarist çıxışları ilə özlərinin məhvinə doğru irəliləyirlər. "İranın hərbi qüvvələri hazırda çox yüksək səviyyədə hərbi hazırlıqdadır və hər hansı bir hücuma dağıdıcı zərbə ilə cavab verəcəklər", - Vəhidi deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir. Beynəlxalq KİV-lərin məlumatına görə, İsrailin sabiq daxili işlər naziri bu ölkənin İrana hücum etmək üçün hazırlaşdığını deyib. "Sionist rejim rəsmiləri arasında ciddi ixtilaflar mövcuddur və belə çıxışların heç bir dəyəri yoxdur. Sionistlər öz kölgələrindən belə qorxurlar, bunun üçün də çalışırlar ki, səsə-küy salmaqla öz qorxularını ört-basdır etsinlər", - Vəhidi bildirib.
Comment