0
Tuesday 21 August 2012 - 02:11

Sionistlərin Marun-Ərrəsda “biçildiyi” gün

Story Code : 188889
Sionistlərin Marun-Ərrəsda “biçildiyi” gün
Sionistlərin Marun-Ərrəsda “biçildiyi” gün
Islam times.org/az/ - Hava hücumundan sonra yerüstü qoşunlar hərəkətə keçdi. Bu minvalla müqavimət qoşunlarının pusqusuna yaxınlaşırdılar. Bu zaman mərkəzi qərargahdan hizbullah komandanına “Yalnız bir qoşun əməliyyata başlasın!” əmri gəldi. O, döyüşü başladığı an artıq İsrail qoşunu təqribən 2-5 metr fasiləyə qədər yaxınlaşaraq özlərini tələyə salmışdılar.

“Şərq Cihad və Müqavimət” qruplaşmasının məlumatına görə, 33 günlük müharibənin yerüstü döyüşləri digər məkanlardan fərqli olaraq 3 məntəqədə daha şiddətli və israillilər üçün daha ölümcül idi; Marun-Ərrəsdakı döyüş, Bint-Cübəyldəki döyüş və Vadi əl-Həcirdəki döyüş ki, bunları hizbullah partizanlarının sionist qoşunları ilə ən ağır döyüşü hesab etmək olar.

Otuz üç günlük döyüşlərdə Marun-Ərrəs döyüşü istər müddət, istərsə də döyüşün coğrafi miqyası baxımından (nəinki müqavimət qoşununun israillilərə vurduğu insan xəsarətləri, xüsusilə bir neçə tankı partlaması baxımından) Vadi əl-Həcirdə gedən döyüş qədər ağır deyildi.

Marun-Ərrəs döyüşündə məğlubiyyət – Livan və Fələstinin işğal olunmuş məntəqəsində yerləşən İsrail mərkəzi qərargahı ilə bir neçə metrlik fasilədə baş verən ilk yerüstü qarşıdurma – İsrail əsgərlərinin ruhiyyəsinə ildırım kimi düşərək onlarda komandirlərinə qarşı inamsızlıq yaratdı. İsrail ordusu, müqavimət qoşunlarının onlar üçün hazırladığı atəşin bir hissəsini müşahidə etmiş oldular.

Livanın “Əl-Səfir” qəzetinin yazdığı xəbərə əsasən döyüşün şəraiti, yəni müqavimətçilərin sərhədlə bir neçə metrlik fasilədə olduqları halda hizbullahın ön cəbhədə qərarlaşması İsrail qoşunları üçün illuziya yaratmışdı. İsrail qoşunları düşmənin işğal etdikləri torpaqlarda mərkəzləşdiyini, hərbi bazalarının, hətta “Mərkəzi şimal qərargahı”nın da orda qurulduğunu gözləmirdilər. Bəlkə düşünürdülər ki, təkcə tankların şimala hərəkəti zamanı (Cənubi Livan) məntəqə boşaldılacaqdır.

Marun-Ərrəs kəndi – dəniz səviyyəsindən 917 metrlik yüksəklikdə - strateji baxımdan çox mühüm ərazidır. Bir tərəfdən “Cəlil” və onun kəndləri Fələstində yerləşir, digər tərəfdən isə “Bint-Cübəyl”, “Üteyrun”, “Yarun” və digər nöqtələr cənubi Livanı əhatə etmişdir.
Mövcud mövqedən xəbərdar olan kəs, sözügedən məntəqə barədə belə bir fikir yürüdər ki, İsrail Marun-Ərrəsı ələ keçirsəydi, müqavimət qoşunlarının yamaclarda yerləşən İsrail şəhərciklərinə birbaşa girmələrinin qarşısını ala bilərdi. Bundan əlavə Marun-Ərrəsın digər bir əhəmiyyəti də vardır; Livanın ön cəbhəsi işğala məruz qalmış Fələstin idi.

İsrailin cənubi Livana hücumunun 8-ci günü – 2006-cı ilin yayı – İsrail qüvvələri “sadə” saydıqları əmrin icrası üçün Cəlildə yerləşən sionistlərin məskunlaşdığı “Efifim” şəhərciyindən çıxdılar. Hədəfləri Marun-Ərrəs şəhərciyini, habelə zəncirvari şəkildə ətraf şəhərcikləri bombardman etməklə döyüşü sonlandırmaq idi.

Onlar Marun-Ərrəsda “Cəbəl əl-Deyr” istiqamətində hərəkətə keçdilər; sözügedən məntəqə İsrail hərbi qərargahı və işğal olunmuş şimali Fələstin mərkəzi komandanlığı ilə qısa fasilədə yerləşir. Təbii relyefinə əsasən keçilməz keçid və təbii sığınacaq hesab olunur.

Müqavimət qoşunundan Əbu Heydər, İsrail yerüstü qoşunu ilə ilk qarşılaşmasını, onların faciəsini və bir çox İsrail zabitlərinin öldürülməsi ilə yekunlaşan hadisəni belə xatırlayır:
Sionistlər bu dəfə də daimi qürur və təkəbbürlüklərinə umaraq qarşı qüvvə gəlməmiş meydanı ağır artileriya yağışına hazırladılar. “Cəbəl əl-Bat”, “Cəbəl əl-Deyr” və Marun meşəsini bombalayaraq bir kilometrlik keçid yolu təmizlədiklərini düşündükləri halda müqavimət qoşunları sığınacaqlarda onların gəlişini gözləyirdilər...

Hava hücumundan sonra yerüstü qoşunlar hərəkətə keçdi. Bu minvalla müqavimət qoşunlarının pusqusuna yaxınlaşırdılar. Bu zaman qərargahdan hizbullah komandanına “Yalnız bir qoşun əməliyyata başlasın!” əmri gəldi. O, döyüşü başladığı an artıq İsrail qoşunu təqribən 2-5 metr fasiləyə qədər yaxınlaşıb özlərini tələyə salmışdılar.

O, bu yaxın fasilədə silahla – kalaşnikov avtomatı ilə - ilk İsrail əsgərini nişan alaraq yerə sərdi...
İsrail qoşunları həyəcandan hansı istiqamətdən hücumə məruz qaldıqlarını bilməyərək ətrafa atəş yağdırırdılar.

Bir neçə dəqiqədən sonra müqavimət qoşununa israillilərin vəziyyəti haqda məlumat toplamaq əmri çatdı. O, geri dönmək əvəzinə israilin bədbəxt əsgərini nişan almışdı. Müşahidə edib üç nəfər digər əsgərin onu arxaya çəkdiklərini gördü.
Döyüşcü eyni zamanda asan olan mümkün ən yaxşı işi seçdi; üç əsgəri də güllələyib sığınacağa qayıtdı...

İsraillilər müxtəlif çaplı silahlarını hədəfsiz olaraq işə saldılar. Amma bunun faydasız olduğunu bilib çox keçmədən atəşi dayandırdılar və ətrafa süküt çökdü.

Həmin dəqiqələrdə “Cəbəl əl-Deyr”də yerləşən müqavimət qrupu meydana daxil olmamışdı. Döyüşcü tənhalıqla cəbhənin şimalını alt-üst etmiş, dörd israil əsgərini öldürərək sağ-salamat sığınacağa qayıtmışdı.

Nəticə olaraq qeyd edək ki, Marun-Ərrəsı almaq istəyən İsrailin dəbdəbəli silahlı qoşunu geri oturmuşdu. İsraillilərin geri çəkilməsinə səbəb olan döyüşçü ikinci dönüşündə döyüş meydanından əmrə əsasən düşmənin silah sursatını qənimət götürdü.

Marun-Ərrəsdə həlak olan bir İsrail əsgərinin dəfn mərasimi

Hadisə sonrası İsrail əsgərləri məğlubiyyət narahatçılığından necə özlərini Efifim şəhərində toyuq damı arxasında gizlətdiklərini və dostlarının fəqət Livan keçid sərhədinin bir neçə metrliyində qana bulaşmasına ağladıqlarını sionist qəzetlərindən oxudular. Anlaya bilmirdilər ki, bir “tək döyüşçü” bütün bu hadisəni törətmiş olsun; amma bir neçə saat lazım idi ki, “Əl-Mənar” telekanalı döyüşçünün həlak edilmiş İsrail əsgərlərindən qənimətlər götürüb – düşmənin ağır artileriyasını – arxa cəbhəyə aparmağını bütün dünyaya yaysın.

Bütün bunlara rəğmən bir neçə gün sonra Marun-Ərrəs süquta uğradı. Lakin bir Hizbullah əsgəri tənha olaraq iman qüdrəti və mücahidanə zəkası ilə bir ordunu ağlar qoymaqdan tərk silah olmalarınadək, habelə İsrailin bir neçə komandirinin vəzifəsini itirməsinə səbəb oldu.
Otuz üç günlük döyüşdən sonra Livan Hizbullahı sözügedən məntəqədə park saldılar və onu “İran” adlandırdılar.
Bu park sionist nüfuzlularının məskunlaşdığı məntəqədə, işğal olunmuş ərazilərdə məskunlaşan israillilərə daim güzgü olması üçün salındı.




Marun-Ərrəs sərhəddində “İran” parkı və dalğalanan İran bayrağı və islam rəhbərı Ayətullah Əl üzma Xameneinin şəklili

İSLAMTİMES - TƏRCÜMƏ ŞÖBƏSİ
Source : İslamtimes
Comment