0
Tuesday 21 August 2012 - 14:45

Yakunoviç istefaya göndərilə bilər

Story Code : 189024
Yakunoviç istefaya göndərilə bilər
Yakunoviç istefaya göndərilə bilər
Bu barədə seçkiqabağı çıxışında Birləşmiş Müxalif Şuranın sədri Arseniy Yatsenyuk çıxış edib. Müxalif lider Ukrayna prezidentini səlahiyyətlərini aşmaqda təqsirləndirib. Onun sözlərinə görə, Yanukoviç hakimiyyəti dövründə qanunsuz olaraq təqaüd islahatlarına, vergi kodeksinə və “dil haqqında” qanunvericiliyə imza atıb, qanunsuz yolla Nazirlər Kabinetini təşkil edib və siyasi islahatların ləğvi zamanı Konstitusiya Məhkəməsinə təzyiqlər göstərib. Müxalif lider artıq prezidentin cinayətlərinin təsdiqi haqqında 309 min sakinin imzasını topladığını və bu barədə Ali Administrasiya Məhkəməsinə şikayət ərizəsi təqdim etdiyini diqqətə çatdırıb. A.Yatsenyuk onu da qeyd edib ki, parlamentdə impiçmentlə bağlı komissiyanın təyin edilməsi üçün Ali Radada 226 səsə ehtiyac var. Qeyd edək ki, hazırda qüvvədə olan Ukrayna qanunvericiliyinə görə impiçmentin praktiki olaraq reallaşması üçün dəqiq mexanizmlər mövcud deyil. Bu baxımdan, siyasi şərhçilər müxalifətin bu təşəbbüsünü seçkiqabağı siyasi texnologiya kimi dəyərləndirib.ans
Comment