0
Tuesday 21 August 2012 - 20:14

Türkiyədə 10 əsgər həlak olub, 4 nəfər yaralanıb

Story Code : 189045
Türkiyədə 10 əsgər həlak olub
Türkiyədə 10 əsgər həlak olub
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu gün BDP-çi millət vəkillərinin İraqla sərhəd kəndində keçiriləcək görüşü üçün təhlükəsizliyi təmin etməli olan 10 əsgər qəza nəticəsində ölüb, 4 əsgər və bir uşaq isə yaralanıb. Qəza yerinə gələn çevrə kəndlərin sakinləri əsgərləri xilas etməyə çalışıblar. Sağ qalanlara kənddəki tibb məntəqəsində ilkin yardım göstərildikdən sonra helikopterlə Şırnaqdakı Hərbi Xəstəxanasına aparılıblar. Şırnak Valisi Vahdettin Özkan qəzada 9 əsgərin, avtobusun sürücüsü olan, zabitin həlak olduğunu, 4 əsgərin isə yaralandığını təsdiqləyib. Qəza vaxtı sürücünün yanında olan 10 yaşındakı oğlu isə yüngül yaralanıb.
Comment