0
Tuesday 21 August 2012 - 23:21

Fransa prezidenti Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu deyib

Story Code : 189094
Fransa prezidenti Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu deyib
Fransa prezidenti Bəşər Əsədin hakimiyyətdən getməli olduğunu deyib
Islam times.org/az/ - BMT-nin Suriya üzrə yeni sülh nümayəndəsi Əxdar İbrahimi ilə görüşən Hollande deyib ki, Əsəd getmədən heç bir diplomatik həll mümkün deyil.

Cümə günü İbrahimi 31 avqustda BMT sülh nümayəndəsi vəzifəsini tərk edəcək Kofi Annanın yerinə sülh nümayəndəsi təyin edilib.

2 Avqustda Annan élan edərək deyib ki, o BMT Təhlükəszilik Şurasının kifayət qədər dəstək vermədiyi üçün və Suriyadakı münaqişəni hərbiləşdirdikləri üçün bu vəzifədən istefa verir.

Bu təyinat Kofi Annanın altı bəndlik sülh planının tərkib hissəsi olan BMT-nin Suriyadakı müşahidə missiyasının fəaliyyətinə son qoyulması qərarına gəlindikdən sonra edilmişdir.

2011-ci ilin mart ayından etibarən Suriya münaqişə içərisindədir. Dəməşq ölkədə mövcud olan münaqişə, ixtilaf və zorakılıqda səbəbi xaricdən dəstək alan silahlı üsyançılarda görür. Müxalifət isə bütün bunlara görə Bəşər Əsəd hökumətini günahkar bilir
Source : İslamtimes
Comment