0
Wednesday 22 August 2012 - 08:47

"Yoxsa ABŞ bizi özü ilə bərabər tiranlıq zülmətinə sürükləyir?"

Story Code : 189114
"Yoxsa ABŞ bizi özü ilə bərabər tiranlıq zülmətinə sürükləyir?"
"Yoxsa ABŞ bizi özü ilə bərabər tiranlıq zülmətinə sürükləyir?"
Assanc eləcə də “Wikileaks” saytına məxfi sənədlər ötürməkdə ABŞ-da ittiham olunan və məhkəməsi gözlənilən Bredli Menningin azadlığa buraxılmasına çağırıb. Culian Assanc nitqlə Ekvador səfirliyinin eyvanından çıxış edib. Çıxışı zamanı “Wikileaks” təsisçisi ona siyasi sığınacaq verdiyinə görə Ekvador prezidentinə təşəkkürünü bildirib. İngiltərə hökuməti bundan əvvəl bildirmişdi ki, Avstraliya fəalı və “Wikileaks” saytının rəhbərinə ölkədən çıxıb Latın Amerikasına yola düşməyə imkan verməyəcək. İsveçə ekstradisiyadan yayınmaq istədiyini deyən Culian Assanc Ekvador səfirliyinə iyun ayında daxil olub. Assanc İsveç məhkəməsi tərəfindən zorakılıq zəminində təhqiramiz rəftarda ittiham olunuraq, onun İsveçə ekstradisiyasını tələb edib. Assanc ona qarşı irəli sürülmüş ittihamı rədd edib. “Wikileaks” təsisçisi hesab edir ki, bu ittihamın arxasında siyasi motivlər durur və əslində İsveç onu ABŞ-a təslim etmək fikrindədir. ABŞ-da isə Culian Assanc “Wikileaks” saytında ABŞ-ın məxfi sənədlərinin dərc olunmasına görə ölümə məhkum oluna bilər. İngiltərə xarici işlər nazirliyi “hüquqi öhdəliyini” yerinə yetirmək üçün Ekvador səfirliyinin diplomatik toxunulmazlığının ləğv edilə biləcəyini bəyan edib. Culian Assanc bugünkü çıxışında deyib: "”Wikileaks” təhlükə altında olduğu kimi, ifadə azadlığı və cəmiyyət də təhlükə altındadır. Biz hazırkı məqamdan istifadə edərək, ABŞ hökumətinin seçim etməli olduğunu bir daha vurğulamalıyıq. ABŞ təsis edildiyi zaman bəyan etdiyi dəyərlərə qayıtmaq niyyətindədir ya yox? Bəlkə ABŞ bizim hamımızı özü ilə bərabər məhkəmə qorxusu ilə susdurulmuş mətbuat və pıçıldaşan əhali dünyasına - tiranlıq zülmətinə sürükləmək niyyətindədir?", - deyə Assanc ritorik sual verib. /Deyerler/
Comment