0
Friday 24 August 2012 - 11:29

BMT baş katibi Tehranda İran rəhbərliyi ilə görüşəcək

Story Code : 189638
BMT baş katibi Tehranda İran rəhbərliyi ilə görüşəcək
BMT baş katibi Tehranda İran rəhbərliyi ilə görüşəcək
Bu barədə Nyu-Yorkda jurnalistlərə açıqlamasında BMT baş katibinin mətbuat katibi Martin Nesirki bildirib.

Avqustun 29-31-də Tehranda səfərdə olacaq baş katib Qoyulmayanlar Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək.

M. Nesirki bildirib ki, baş katib sammit iştirakçılarının diqqətini gündəlikdə olan məsələlərə, əsasən də silahsızlaşma, münaqişələrin qarşısının alınması, siyasi dəyişikliklər mərhələsində olan ölkələrə dəstək verilməsi məsələlərinə yönəltməyi düşünür.

“Baş katib fürsətdən istifadə edərək, regional sabitlik və İran xalqının rifahı naminə təcili həllini gözləyən məsələlərlə bağlı beynəlxalq ictimaiyyətin narahatlığını çatdıracaq. Söhbət İranın nüvə proqramı, terrorizm, insan haqları və Suriyadakı münaqişədən gedir”, - deyə mətbuat katibi vurğulayıb. APA
Comment