QR CodeQR Code

New York Times: BMT rəhbərinin Qoşulmama Hərakatında iştirakı ABŞ və İsrailə zərbədir

İslamtimes , 25 Aug 2012 07:07

İslamtimes - ABŞ və İsrailin anti İran siyasəti qlobal səhnədə özünə dəstək tapa bilməyib.


islamtimes.org/az/ - New York Times-ın verdiyi məlumata görə BMT-nin baş katibi Ban Ki munun Tehranda keçiriləcək Qoşulmama Hərakatında iştirak etməsi onu göstərir ki, ABŞ və İsrailin anti İran siyasəti qlobal səhnədə özünə dəstək tapa bilməyib.

Qəzətin çərşənbə günü yazdığı məqalədə bildirilir ki, Amerika və İsrailin anti İran kompaniyası dünyada elə də rezonans doğurmayıb.

Qəzetdə qeyd edilərək bildirilib ki, Banın qərarı göstərdi ki, İranın Yaxın Şərqdəki gücü xeyli artmış və Qərbin təsir dairəsi isə yox olmaqdadır.

Gündəlik dərc edilən qəzetdə daha sonra deyilir: “BMT Baş Assambleyasının 193 üzvündən 120-nin Qoşulmama Hərakatında iştirakı özü-özlüyündə assambleyada tək bir böyük seçici blokunun olduğunu göstərir.”

Günün əvvəlində Ban ki munun sözçüsü Martin Nesirki élan edərək bildirib ki, ABŞ və İsrail tərfindən olan güclü təziqlərə baxmayaraq baş katib Tehranda keçiriləcək sammitdə iştirak etmək haqda qərara gəlib.

Hələ bu ayın əvvəllərində İsrail baş naziri Benyamin Netanyahu BMT baş katibini bu sammitə qatılmaqdan vaz keçməsini bildirmişdir.

Qoşulmama Hərakatının 16-cı sammiti 26-31 avqust tarixlərində İranın paytaxtı Tehranda keçiriləcək. Sammit çərçivəsində İran növbəti 3 il müddətində hərakata rəhbərliyi öz üzərinə götürəcək.

İslam İnqilabının Rəhbəri Ayətullah əl üzma Seyyid Əli Xamenei sammit iştirakçıları qarşısında çıxış edəcək.


Story Code: 189807

News Link :
https://www.islamtimes.org/az/news/189807/new-york-times-bmt-rəhbərinin-qoşulmama-hərakatında-iştirakı-abş-və-israilə-zərbədir

Islam Times
  https://www.islamtimes.org