QR CodeQR Code

Hizbullah: O ləyaqət dərsi verdi

İslamtimes , 25 Aug 2012 07:18

İslamtimes - Hizbullah 27 ildən sonra İsrail həbsxanasından azad edilən Suriyalı məhbus Sidqi əl Maqetini alqışlayaraq onu tərif etmişdir.


islamtimes.org/az/ - Hizbullah tərəfindən verilən bəyanatda əl Maqeti Sionizmə qarşı müqavimət göstərən qəhraman adlandırılıb.

Bəyanatda deyilir: “ Digər bir qəhraman da azad edildi. O Suriyalı Sidqi əl Maqetdir. Uzun illər ona qarşı olan həbs və işgəncələrə baxmayaraq o qətiyyətli oldu və əziyyətlərə baxmayaraq o azad və ləyaqətli qaldı.”

Hizbullah əl Maqetini tərifləyərək deyib ki, onun imkanlarının məhdud olmasına baxmayaraq o müqavimət hərəkatına sadiq qalmışdır.

Ona İsrail həbsxanasında verilən işgəncələr baxmayaraq onun fikirləri sabit və azad qaldı.

Bəyanatda daha sonra deyilir: “Və bugün bizim qəhramanımız mövcudluğu təhlükə altında olan düşmənimizi bütün Ərəb və İslam dünyasına xatırlatdı. O Sionizmə müqavimət göstərməklə bizlərə ləyaqəti qazanmağın yolunu, torpaqlarımızı və Fələstini geri qaytarmağın yolunu öyrətdi.”

Bəynatın sonunda isə Hizbullah bütün müsəlmanlara ixtilaf və təfriqəni bir qırağa qoyaraq birləşməyi və torpaqlarımızı və ləyaqətimizi geri qaytarmaq üçün həqiqi düşmənimizə qarşı mübarizə aparmağa səsləyib.


Story Code: 189812

News Link :
https://www.islamtimes.org/az/news/189812/hizbullah-o-ləyaqət-dərsi-verdi

Islam Times
  https://www.islamtimes.org