QR CodeQR Code

“Bütün İran xalqı Azərbaycanın acısına ortaqdır”

25 Aug 2012 10:41

IslamTimes - İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Şərqi Azərbaycan vilayətində baş verən zəlzələ ilə bağlı dünən bölgəyə səfər edib.


“Qafqazinfo”nun məlumatına görə, İran dövlət televiziyası səfərin əsas məqsədinin zəlzələ bölgəsində görülən yardım işləri ilə tanış olmaq və oradakı vəziyyətlə bağlı geniş məlumat əldə etmək olduğunu bildirib. Səfərdə prezidenti daxili işlər naziri, kənd təsərrüfatı naziri, İslami irşad və mədəniyyət naziri, eyni zamanda Qızıl Ay təşkilatı rəhbəri də müşayiət edib.

Mahmud Əhmədinejad bölgəyə yardımların çatdırılması işlərinin daha da tezləşdirilməsinə, çatışmazlıqların isə xalq və bütün dövlət təşkilatları tərəfindən aradan qaldırılmasına ümid etdiyini qeyd edib.

Prezident Şərqi Azərbaycanda baş verən zəlzələnin böyük bir ərazini əhatə etdiyini və bu hadisənin bütün xalqı kədərləndirdiyini ifadə edib. Bununla yanaşı, Əhmədinejad zəlzələnin nəticələrini aradan qaldırmaq üçün bütün İran xalqının səfərbər olduğunu vurğulayıb.


Story Code: 189842

News Link :
https://www.islamtimes.org/az/news/189842/bütün-iran-xalqı-azərbaycanın-acısına-ortaqdır

Islam Times
  https://www.islamtimes.org