QR CodeQR Code

Meksikada ABŞ diplomatları güllələndi

25 Aug 2012 13:35

IslamTimes - Avqustun 24-də Meksikanın Morelos ştatında polisin açdığı atəş nəticəsində ABŞ səfirliyinin iki əməkdaşı güllə yarası alıb.


ITAR-TASS agentliyinin verdiyi məlumata görə, Meksika Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd olunur ki, diplomatların olduğu avtomobil cinayətkarlarla bağlı xüsusi əməliyyat keçirilən zaman postdakı polislər tərəfindən atəşə tutulub.

Adları açıqlanmayan diplomatların aldıqları yaralar həyatları üçün təhlükəli deyil. Meksika Daxili İşlər Nazirliyi hadisədə günahkar olan polislərlə bağlı araşdırmaya başlayıb. Lent.az


Story Code: 189886

News Link :
https://www.islamtimes.org/az/news/189886/meksikada-abş-diplomatları-güllələndi

Islam Times
  https://www.islamtimes.org