QR CodeQR Code

Müharibəyə "YOX" deyən məscid imamı işdən çıxarıldı

25 Aug 2012 18:41

IslamTimes - Türkiyədə məscid imamlarından biri Ərdoğan hakimiyyətini tənqid etdiyi üçün işindən azad edilib


"Hayrat" məscidində xütbə oxuyan Rəcəb Göçməz adlı ruhani, Türkiyənin Suriya mövzusunda doğru addımlar atmadığını bildirməsindən sonra işi ilə vidalaşmalı olub.

"Yeni Çağ" qəzetinin verdiyi məlumata görə, Türkiyədə məscid imamlarından biri Ərdoğan hakimiyyətini tənqid etdiyi üçün işindən azad edilib. Reyhanlıda yerləşən "Hayrat" məscidində xütbə oxuyan Rəcəb Göçməz adlı ruhani, Türkiyənin Suriya mövzusunda doğru addımlar atmadığını bildirməsindən sonra işi ilə vidalaşıb. Türkiyənin Din Nazirliyi Rəcəb Göçməzi dinlərarası dialoqa qarşı çıxmaqda və dövlət siyasətini tənqid etməkdə ittiham edərək məscid-imamlığından uzaqlaşdırıb.

Qeyd edək ki, Rəcəb Göçməz işindən azad olunana qədər Suriya mövzusunda Türkiyənin bu ölkəyə müdaxilə deyil, müxaliflərlə Bəşər Əsəd hakimiyyətini barışdırmalı olduğunu bildirmişdi. Türkiyənin ABŞ və İsrail maraqlarına uyğun hərəkət etməsini tənqid edən məscid-imamı, bundan sonra işindən kənarlaşıdırılıb. /FaktXeber/


Story Code: 189957

News Link :
https://www.islamtimes.org/az/news/189957/müharibəyə-yox-deyən-məscid-imamı-işdən-çıxarıldı

Islam Times
  https://www.islamtimes.org