0
Sunday 26 August 2012 - 10:05

Binəqədidə aləm qarışdı - Gecəyarısı

Story Code : 190081
Binəqədidə aləm qarışdı
Binəqədidə aləm qarışdı
Təxminən yarım saat əvvəl Bakı şəhər, 8-ci mikrorayon, Heydər Hüseynov küçəsi 12 ünvanında əhali, polis və Binəqədi rayon icra hakimiyyətinin əməkdaşları arasında insident baş verib. AzNews.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə təcili tibbi yardım maşınlarının gəlməsi insident zamanı xəsarət alanların olmasından xəbər verir.

Polis əraziyə canlı sədd çəkərək hadisə yerinə kənar şəxsləri buraxmır. İnsidentin baş verməsinə səbəb isə bu ərazidə olan obyektlərin sökülməsidir. Söküntü işlərinin gecə saatlarında aparılması obyekt sahiblərini hiddətləndirib. Onlar hətta obyektlərindəki mallarını belə çıxara bilməyiblər.

Bu dəqiqələrdə söküntü və qarşıdurmanın davam etdiyi bildirilir. Hazırda əraziyə əlavə polis qüvvələrinin cəlb olunması müşahidə olunur.
Comment