QR CodeQR Code

"Netanyahu Obamanı aldatdı"

26 Aug 2012 13:50

IslamTimes - Martin Endik: "ABŞ rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahu və hərb naziri Ehud Barakın Ağ Evi aldatdığını indi anlayıb."


"IslamTimes" Livanın "Əd-Diyar" qəzetinə istinadən xəbər verir ki, ABŞ-ın işğal olunmuş ərazilərdəki (Tel-Əviv) səfiri Martin Endik deyib: "Amerika Birləşmiş Ştatları İsrail rejiminin bahar fəslində İranın nüvə təsisatlarına hücum edəcəyinə bir zərrə belə şəkk etmirdi. Elə bu üzdən də ABŞ İsraili müharibə fikrindən daşındırmaq üçün əlindən gələni əsirgəmirdi."

Endik sionist ordusu radiosuna verdiyi müsahibədə deyib: "ABŞ sonralar anladı ki, İsrailin İrana hücum etmək niyyəti yoxdur. ABŞ rəsmiləri İsrailin baş naziri Benyamin Netanyahu və hərb naziri Ehud Barakın Ağ Evi aldatdığını indi anlayıb."

Martin Endik sözlərinin davamında deyib: "İsrail rejimi "qurd gəldi, qurd gəldi" yalançı harayından istifadə edərkən, bundan xəbərsiz olanlar sionist rejimi sakitləşdirməyə çalışırdı."

Xatırladaq ki, keçirilən sorğular nəticəsində aydın olub ki, israillilər sionist rejimin İranla bağlı müharibə hədələrinin puç olduğu qənaətindədir. Siyasi araşdırmaçılar da bu hədələrin ABŞ dövlətini İrana qarşı sanksiyaları şiddətləndirməyə vadar etmək üçün olduğunu düşünür.


Story Code: 190141

News Link :
https://www.islamtimes.org/az/news/190141/netanyahu-obamanı-aldatdı

Islam Times
  https://www.islamtimes.org