QR CodeQR Code

Səudiyyə rejimində şiə qadınlar həbs edildi

26 Aug 2012 16:48

IslamTimes - "Səudiyyə Ərəbistanı mütləq monarxiya hökm sürən, insan haqqlarına qarşı yeni cinayətlər işlənən bir dövlətdir."


"IslamTimes" "PressTV" xəbər agentliyinə istinadən bildirir ki, şiə məzhəbli qadınlar cümə günü "Məscidun-Nəbiy"də minacat edərkən məscid gözətçiləri tərəfindən saxlanılıblar. Onların üzərində olan dini kitablar Səudiyyə rejimində qadağan edildiyi üçün zəbt olunub.

Səudiyyə rejimi padşahı Abdullah bin Əbdül-Əziz 14 avqustda Məkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) toplantısı çərçivəsində İslam dini məzhəbləri arasında dialoq mərkəzi yaradılmasını istəmişdi.

Buna baxmayaraq cümə günü şiə xanımların həbs edilməsi Səudiyyə rejiminin hələ də şiələrə azadlıq vermək niyyətində olmadığını göstərir.

"Human Rights Watch" təşkilatının bəyanatına əsasən, Səudiyyə Ərəbistanı dövlətə qarşı tənqidlərə olduqca sərt reaksiya göstərir.

İsveç müdafiə naziri Karin Enstrom isə 13 avqust tarixində Səudiyyə Ərəbistanını mütləq monarxiya hökm sürən, insan haqqlarına qarşı yeni cinayətlər işlənən dövlət kimi tanıtdırıb.


Story Code: 190177

News Link :
https://www.islamtimes.org/az/news/190177/səudiyyə-rejimində-şiə-qadınlar-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org