0
Monday 27 August 2012 - 11:30

"İranla ən gözəl rabitələr arzusundayıq"

Story Code : 190366
"İranla ən gözəl rabitələr arzusundayıq"
"İranla ən gözəl rabitələr arzusundayıq"
“IslamTimes” xəbər verir ki, Misir xarici işlər naziri müavini Rəmzi Əzləddin İran İslam Respublikasının İmam Xomeyni hava limanına daxil olduqdan sonra mətbuat konfransında iştirak edib. Rəmzi Misir-İran rabitələrinə işarə ilə deyib: “Misir inqilabından sonra Tehranla Qahirə arasındakı rabitələrə xüsusi əhəmiyyət verilir.”

Rəmzi əlavə edib: “Misir dövləti və xalqı İslam İnqilabından sonra İran da daxil olmaqla bütün dövlətlərə ağuşunu açaraq, ən gözəl rabitələr qurmaq niyyətindədir. Bu münasibətlər qarşılıqlı hörmət və ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əsaslanır.”

Xarici işlər naziri müavini Suriyadakı böhranın həlli üçün təşkil edilmiş dördlük qrupu barəsində deyib: “Bu qrupun yaradılması təklifi Məhəmməd Mursi tərəfindən irəli sürülüb. Hazırda münasib çıxış yolu tapılması üçün qrupa daxil ölkələrlə müzakirələr davam etdirilir.”

Misir xarici işlər nazirinin müavini Birləşməmə Hərəkatının (NAM) davamlı sülh əldə edilməsi zəminində oynadığı rolla bağlı deyib: “Hazırda beynəlxalq durum gərgindir. Misir 3 illik rəhbərlikdən sonra Birləşməmə Hərəkatına rəhbərliyin İrana təhvil verilməsindən razıdır və bu hadisə üçün çox sevinir.”
Comment