QR CodeQR Code

BMT baş katibi İranda nüvə obyektinə baş çəkəcək

27 Aug 2012 15:35

IslamTimes - BMT baş katibi Pan Gi Mun İrana səfəri zamanı “Nətənz” nüvə obyektinə baş çəkəcək.


APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran xarici işlər nazirinin müavini Mehdi Axundzadə açıqlama verib. O bildirib ki, İrana səfər çərçivəsində BMT baş katibi İsfahan şəhərini də gəzəcək.

Qeyd edək ki, Pan Gi Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısında iştirak etmək üçün avqustun 29-da İrana səfər edəcək.


Story Code: 190471

News Link :
https://www.islamtimes.org/az/news/190471/bmt-baş-katibi-iranda-nüvə-obyektinə-çəkəcək

Islam Times
  https://www.islamtimes.org