QR CodeQR Code

Amerikalı tarixçi: “Obama Ərdoğanı öz oyununa qatıb”

28 Aug 2012 18:55

IslamTimes - Amerikalı tarixçi Vebster Tarpley (Webster Tarpley) ABŞ prezidenti Barak Obamanın Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı və bu ölkənin XİN rəhbəri Əhməd Davudoğlunu aldatdığını deyir.


"Press Tv"də ingilis dilində yayımlanan açıqlamasında Tarpley deyib ki, türkiyəli rəsmilər anlamalıdırlar ki, ABŞ və İngiltərə ilə ittifaq etmək ölümcül qucaqlaşmağa bənzəyir. Ankaranın suriyalı müxalifləri dəstəkləməsi Türkiyənin milli maraqlarına zərər verəcəyini deyən Tarpley, açıqlamasına bunları əlavə edib: "Türkiyəni Suriyaya qarşı oyuna sürükləyiblər. Bilirlər ki, bu qarşıdurmalara əks reaksiyalar Türkiyəni məhv edə bilər. Türkiyə reaksiya verməlidir. Onsuz da qazanacağı bir şey yoxdur, amma itirə biləcəyi çox şeylər var. Ərdoğan və Davudoğlunun psixologiyasından qorxuram. Onlar Obamanın oyununa qatılıblar".

Qeyd edək ki, Tarpley 11 sentyabr terrorunun qurama olduğunu, bu terror aktının ABŞ kəşfiyyat orqanlarına bağlı olan şəbəkələrdən biri tərəfindən törədildiyi iddiasını irəli sürüb. Vebster Tarpley bu mövzuda "Sintetik terror" adlı kitab da yazıb. /Deyerler/


Story Code: 190795

News Link :
https://www.islamtimes.org/az/news/190795/amerikalı-tarixçi-obama-ərdoğanı-öz-oyununa-qatıb

Islam Times
  https://www.islamtimes.org