QR CodeQR Code

İsrailin Qəzzanı bombalamasına bir daha göz yumuldu

29 Aug 2012 09:00

IslamTimes - İsrail Fələstində fəaliyyətini yenidən davam etdirir.


İsrail Fələstində fəaliyyətini yenidən davam etdirir. İsrailə məxsus F-16 qırıcıları Fələstinin Qəzza bölgəsinin iki müxtəlif hissəsinə hücum edib.

İlkin məlumatlara görə, hava hücumu zamanı 6 raket atılıb.

Raketlərlə vurulan nöqtələrdən birinin Qəzzanın şimalındakı Səfinə adıyla tanınan və əvvəllər Fələstin Kəşfiyyat Mərkəzi kimi istifadə edilən bina, digərinin isə Qəzzanın şərqindəki Zeytun məhəlləsində yerləşən Həmas hərəkatına bağlı İzzəddin əl-Qəssam Briqadalarının təhsil sahəsi olduğu bildirilir.

Fələstin Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf əl-Kudra bildirib ki, hava hücumu zamanı insan tələfatı olmayıb. /FaktXeber/


Story Code: 190899

News Link :
https://www.islamtimes.org/az/news/190899/israilin-qəzzanı-bombalamasına-bir-daha-göz-yumuldu

Islam Times
  https://www.islamtimes.org