QR CodeQR Code

“Biz də Pan Gi Mundan İrana getməməyini istəmişdik”

29 Aug 2012 11:22

IslamTimes - Qərb və sionistlər BMT baş katibi Pan Gi Munun İranda keçiriləcək Qoşulmama Hərəkatı sammitində iştirak etməməsinə can atır.


“IslamTimes” Kanadanın “Globe and mail” qəzetinə istinadən xəbər verir ki, bu ölkənin xarici işlər naziri Can Berd BMT baş katibi Pan Gi Mundan İranda keçiriləcək Qoşulmama Hərəkatına qatılmamağı istəyib. C. Berd iddia edib ki, İran bu konfransdan təbliğat kimi faydalanmaq niyyətindədir.

Kanada xarici işlər naziri əlavə edib: “Biz Pan Gi Munun İrana səfərinin bu ölkənin siyasi quruluşunun güclənməsi ilə nəticələnəcəyindən qorxuruq. Aydın məsələdir ki, biz də digər müttəfiqlərimiz kimi Pan Gi Muna məktub yazaraq ondan qətiyyətlə Tehranda keçiriləcək konfransda iştirak etməməyi istədik.”

Can Berd uyğun məktubu ötən həftə BMT baş katibinə ünvanlayaraq məktubda İsrailin də uyğun məsələ ilə bağlı nigarançılıqları olduğunu yazıb.

Qərb və sionistlərin bütün bu təzyiqlərinə baxmayaraq ötən gün bir BMT sözçüsü Pan Gi Munun Nyu Yorku İrana doğru tərk etdiyini bildirib.


Story Code: 190967

News Link :
https://www.islamtimes.org/az/news/190967/biz-də-pan-gi-mundan-irana-getməməyini-istəmişdik

Islam Times
  https://www.islamtimes.org