QR CodeQR Code

Pan Gi Mun İranda

29 Aug 2012 12:09

IslamTimes - BMT baş katibi Ban Ki Mun Qoşulmama Hərəkatının Liderlər zirvəsində iştirak etmək üçün bu gün Tehrana gedib.


BMT baş katibinin zirvə çərçivəsində İranın yüksək çinli rəsmiləri ilə görüş keçirəcəyi bildirilir. Pan Gi Munun bu ölkənin tarixi və mədəniyyət şəhərlərindən olan İsfahana da ziyarət edəcəyi qeyd olunur.

Qeyd edək ki, Qoşulmama Hərəkatının Liderlər zirvəsi avqustun 30-31-də Tehranda baş tutacaq.

Öncə də bildirdiyimiz kimi, “Globe and mail” qəzetinin dərc etdiyi xəbərdə deyilir: "Kanadanın xarici işlər naziri Can Berd BMT baş katibi Pan Gi Mundan İranda keçiriləcək Qoşulmama Hərəkatına qatılmamağı istəyib. C. Berd iddia edib ki, İran bu konfransdan təbliğat kimi faydalanmaq niyyətindədir.

Kanada xarici işlər naziri əlavə edib: “Biz Pan Gi Munun İrana səfərinin bu ölkənin siyasi quruluşunun güclənməsi ilə nəticələnəcəyindən qorxuruq. Aydın məsələdir ki, biz də digər müttəfiqlərimiz kimi Pan Gi Muna məktub yazaraq ondan qətiyyətlə Tehranda keçiriləcək konfransda iştirak etməməyi istədik.”


Story Code: 190987

News Link :
https://www.islamtimes.org/az/news/190987/pan-gi-mun-iranda

Islam Times
  https://www.islamtimes.org