QR CodeQR Code

Əli Əsgər Sultaniyə rəsmi sənədlər təqdim etdi

XezerXeber , 29 Aug 2012 18:50

IslamTimes - Əli Əsgər Sultaniyə: “İsrailin iranlı alimlərə qarşı törətdiyi sui-qəsdi isbat edən sənədlər AEBA-ya təqdim edilib”


“İranın nüvə alimlərinə qarşı törədilən sui-qəsdlə bağlı sənədlər Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə təqdim edilib”.

“Fars” xəbər agentliyinin məlumatına görə, bunu İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə deyib.

O bildirib ki, nüvə alimlərinin qətlə yetirildiyi sui-qəsdin İsrail rejimi tərəfindən törədilməsini isbat edən sənədlər ingilis dilinə tərcümə edilərək AEBA-ya göndərilib: “Həmin sənədlər artıq agentliyin əlindədir. Bu cür məlumatlar mediaya da ötürülməlidir ki, belə cinayətlərin arxasında dayanan qüvvələr ictimaiyyət tərəfindən də qınansın”.


Story Code: 191123

News Link :
https://www.islamtimes.org/az/news/191123/əli-əsgər-sultaniyə-rəsmi-sənədlər-təqdim-etdi

Islam Times
  https://www.islamtimes.org