0
Thursday 30 August 2012 - 00:29

Balaca Hacı Vaqif dünyaya gəldi

Story Code : 191169
Balaca Hacı Vaqif dünyaya gəldi
Balaca Hacı Vaqif dünyaya gəldi
Azərbaycanda İslam Oyanış Hərəkatının ilk hicab şəhidi sayılan Hacı Vaqif Abdullayevin adını daşıyacaq nəvəsi dünyaya gəlib. Bu barədə FaktXeber.com-a mərhumun ailə üzvləri məlumat verib.

Bu gün dünyaya gələn körpəyə valideynləri tərəfindən babasının adı qoyulub. Dünyaya göz açmış balaca Vaqifin adı, mərhum babasının vəsiyəti ilə bağlıdır.

Qeyd edək ki, Vaqif Abdullayev ölümündən bir ay öncə ailəsi ilə son görüşündə hər şeyi bilirmiş kimi uşağın adının Vaqif qoyulmasını onlardan istəyibmiş.

Məlumat üçün bildirək ki, Vaqif Abdullayev 2011-ci ilin yanvarın 7-də yol polisi tərəfindən QANUNSUZ saxlanılıb və barəsində Nərimanov rayon məhkəməsi tərəfindən 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib. Daha sonra QANUNSUZ OLARAQ barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib və əliyevalar rejiminin Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 228.3 və 278-ci maddələri ilə ŞƏRLƏNƏRƏY istintaqa cəlb edilib. Bakı QNDARMA Ağır Cinayətlər məhkəməsinin 7 oktyabr 2011– ci il tarixli hökmü ilə Vaqif Abdullayev 11 il müddətinə azadlıqdan məhrum edilib. AİP funksionerinin apellyasiya şikayəti təmin olunmayıb. AİP-in həbsdə olan sədr müavini Vaqif Abdullayev bu il iyul ayının 12-də rejimin tərəfindən dünyasını dəyişib.
Source : Faktxeber
Comment