QR CodeQR Code

"Samsung" "Apple"yə dilənçi payı verdi

30 Aug 2012 09:29

IslamTimes - Samsung Amerikanın Apple şirkətinə ödəməli olan 1 milyon borcunu 30 yük maşını ilə göndərdi


Bu gün "Apple" şirkətinin Kaliforniyadakı ofisinin qarşısında 5 qəpiklərlə dolu 30 yük maşını dayanıb. İlk öncə mühafizəçilər yük maşınlarının yanlış yerdə dayandıqlarını bildiriblər, lakin bir neçə dəqiqə sonra "Apple" şirkətinin CEO-su Tim Kuk-a "Samsung" şirkətinin CEO-dan zəng gəlib və bildirib ki, bu yaxınlarda qəbul edilmiş qərara əsasən Cənubi Korea şirkəti "Samsung"un ödəməli olduğu 1 milyon dolları onlara bu şəkildə ödəyəcəklər.

Belə ki, qəbul edilmiş qərarda "Samsung"un "iPhone"un yaradıcılarına pulu hansı yolla ödəməli olduqları göstərilməyib. Bu səbəbdən "Samsung" istədiyi üsulla ödəməni gerçəkləşdirə bilər.

"Apple" şirkəti saatlarla pulun dəqiq olub-olmadığını saymalı və daha sonra banka aparmalıdır. Lakin bankların bu qədər qəpiyi birdən qəbul etmələri çətin məsələdir.

"Samsung"un sədri Li Kun Hi, jurnalistlərə açıqlamasında bildirib ki, onun şirkəti heç kimdən qorxmur və əgər onlar çirkli oyun oynamaq istəyirlərsə, onun şirkəti də belə oyunlara hazırdır. Onlar istəyirlər bu qəpiklərlə özlərinə qəlyanaltı alsınlar, istəyərlər qəpikləri əridib kompüter düzəltsinlər. Bu artıq bizim problemimiz deyil. Tezliklə qəpiklərin hamısı çatdırılacaq. /Faktxeber/


Story Code: 191241

News Link :
https://www.islamtimes.org/az/news/191241/samsung-apple-yə-dilənçi-payı-verdi

Islam Times
  https://www.islamtimes.org