QR CodeQR Code

«Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır»

apa , 30 Aug 2012 09:45

IslamTimes - Suriya prezidenti Bəşər Əsəd: «Türkiyə hakimiyyəti Suriyada qarşıdurmanın alovlanmasında günahkardır.»


Türkiyə hakimiyyəti Suriyada qarşıdurmanın alovlanmasında günahkardır. Suriya prezidenti Bəşər Əsəd yerli «Əd-Dünya» telekanalına müsahibəsində belə bəyanatla çıxış edib.

«Suriyada axan qanlara görə Türkiyə birbaşa məsuliyyət daşıyır», deyə Bəşar Əsəd bəyan edib.

Eyni zamanda Suriya prezidenti silahlı müxalifətə qarşı mübarizədə böyük uğurlara nail olduğunu söyləyib. O bildirib ki, ölkənin bütün ərazisi üzərində nəzarəti qaytarmaq üçün bir qədər vaxta ehtiyac var.
Son günlər Türkiyə daxilində də Suriyaya ilə bağlı yanlış siyasətlərinə görə baş nazir Ərdoğana qarşı etiraz aksiyaları keçirilir.


Story Code: 191248

News Link :
https://www.islamtimes.org/az/news/191248/suriyada-axan-qanlara-görə-türkiyə-birbaşa-məsuliyyət-daşıyır

Islam Times
  https://www.islamtimes.org