QR CodeQR Code

Pan Gi Mun Ayətullah Xamenei ilə görüşdü

30 Aug 2012 11:23

IslamTimes - Ayətullah Xamenei: "BMT tam nüvə silahsızlaşdırılması məsələsinin həllini gecikdirməməlidir"


BMT tam nüvə silahsızlaşdırılması məsələsinin həllini gecikdirməməlidir.

Bu bəyanatla Qoşulmama Hərəkatının sammitində iştirak etmək üçün Tehrana səfər etmiş BMT Baş katibi Pan Gi Munla görüşdən sonra İranın İslam İnqilabı Ali lideri Ayətullah Seyid Əli Xamenei çıxış edib.

Cənab Xameneinin sözlərinə görə, BMT bu məsələyə ciddi yanaşmalı və malik olduğu səlahiyyətlərindən yetərincə istifadə etməlidir: “İran, Yaxın Şərq regionunda nüvəsiz zona yaradılmasında israrlıdır. BMT, nüvə silahı ilə bağlı tərəddüdləri aradan qaldırmaq üçün tam gücündən istifadə etməlidir. Lakin təəssüf ki, təşkilat mükəmməl deyil və nüvə silahına malik hegemon ölkələrin təzyiqinə məruz qalır”.

Ali lider, ABŞ-ın İran nüvə proqramının hərbi tərkibli olmaması barədə məlumatlı olduğunu, bununla belə, bəhanə kimi rəsmi Tehranın guya nüvə silahı hazırlamağa çalışmasını iddia etdiyini deyib.

“İran hər zaman MAQATE ilə əməkdaşlığa hazır olub. Agentlik öz nizamnaməsinə əsasən nüvə sahəsində İrana yardım göstərməli olduğu halda, ölkəmizə qarşı addımlar atıb”,- Ayətullah Xamenei bildirib.

Suriya məsələsinə də toxunan İran lideri böhranın həlli kimi xaricdən bu ölkəyə silah daşınmasının dayandırılmasını göstərib.

BMT baş katibi isə, İran hökumətindən Suriya məsələsinin həllinə təsir göstərməyi xahiş edib. /SalamNews/


Story Code: 191288

News Link :
https://www.islamtimes.org/az/news/191288/pan-gi-mun-ayətullah-xamenei-ilə-görüşdü

Islam Times
  https://www.islamtimes.org