0
Thursday 30 August 2012 - 19:34

Hindistan rəsmisi: QH Sammiti ABŞ və İsrailin İrana qarşı hiylələrini boşa çıxartdı

Story Code : 191424
Hindistan rəsmisi: QH Sammiti ABŞ və İsrailin İrana qarşı hiylələrini boşa çıxartdı
Hindistan rəsmisi: QH Sammiti ABŞ və İsrailin İrana qarşı hiylələrini boşa çıxartdı
Islam times.org/az/ - Cümə axşamı günü Hindistan rəhbəri deyib ki, İranda keçirilən Qoşulmama Hərəkatı Sammiti ABŞ və İsrailin İrana qarşı hiylə və təxribatlarını boşa çıxardıb.
120 ölkənin cəmləşdiyi 16-cı sammit bugün Tehranda öz işinə başlayıb.


Dehli Assambleyasının spikeri Yoqanand Şastri müsahibəsində deyib ki, ABŞ və İsrail İranın region və dünyada artan güc və nüfuzunun qarşısını almaq üçün İranı nüvə silahı əldə etməkdə ittiham etmişdilər.

Hegamon güclərin qarşısında qalxan rolunu oynayan Qoşulmama Hərəkatı Sammitinə ev sahibliyi etməklə İran bütün əssassız ittihamlara qarşı məntiqi cavab vermiş, ABŞ və İsrailin hiylə və təxribatlarının qarşısını almışdır.

O qeyd edərək bildirib ki, dünyanın ikinci böyük təşkilatına ev sahibliyi etməklə İran öz qanuniliyini və regionun təsir edici qüvvəsinə malik olan ölkə olduğunu sübut etdi.

Hindistan rəhbəri daha sonra bildirb ki, İran hökuməti bu fürsətdən istifadə edərək daha da inkişaf edəcək və region və dünya problemlərini həll etməkdə daha da konstruktiv rol oynayacaq.

Qoşulmama Hərəkatının bugünkü dünyadakı mövqeyindən danışaraq deyib: “Bugünkü dünyada hərəkatın böyük təsiri var. O qərbin hegamon dövlətləri qarşısında kiçik dövlətlərin müdafiəçisi rolunu oynayır. O üzv dövlətlərin heç bir xarici müdaxilə olmadan öz talelərini həll etməyi təmin edir. ”
Source : İslamtimes
Comment