QR CodeQR Code

“Erməni soyqırımı” yenidən gündəmdə

30 Aug 2012 21:29

IslamTimes - Qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırlması haqqında qanun layihəsi payızda yenidən Fransa parlamentinin gündəminə gətiriləcək.


Bu barədə Fransadakı "Ay data" ofisinin rəhbəri Qraçya Varjapetyan bildirib. O, qeyd edib ki, Fransa prezidenti Fransua Olland söz verdiyi kimi bu təşəbbüsü dəstəkləyir. Varjapetyanın sözlərinə görə, erməni ictimaiyəti Fransa prezidenti admnistrasiyası ilə birlikdə ötən layihədənin Konsitutsiya Şurasından keçməməsinə səbəb olan bütün məqamları tədqiq edərək qanun layihəsi üzərində işləyir. Xatırladaq ki, qanun layihəsi ilin əvvəlində Senat tərəfindən qəbul olunsa da, Konstitusiya Şurası layihəni konstitusiyaya zidd saydığı üçün onu ləğv etmişdi. /anspress/


Story Code: 191433

News Link :
https://www.islamtimes.org/az/news/191433/erməni-soyqırımı-yenidən-gündəmdə

Islam Times
  https://www.islamtimes.org