QR CodeQR Code

NAM sammitinin İsrailə sarsıdıcı zərbələri...

31 Aug 2012 11:40

IslamTimes - Mahmud Abbasın Tehranda keçirilən NAM sammitində iştirak etməsi işğalçı Tel-Əvivi özündən çıxarıb.


"IslamTimes" "Palastine al-yavm" xəbər kanalına istinadən bildirir ki, işğalçı İsrailin xarici işlər naziri Aviqdor Liberman Mahmud Abbas barədə qərəzli və təhrikedici ifadələrini artıraraq, onun Ramallaha daxil olduğu zaman mühasirəyə alınmasını və ya terror edilməsini istəyib.

Liberman İsrailin 10-cu kanalında yayımlanan qısa çıxışı zamanı deyib: "Mahmud Abbasın İranda keçirilən "terroristlərin iclası"na yollanması İsrail tarixində qara bir səhifədir."

Liberman əlavə edib: "Bu bir rəzalətdir ki, Abbas "terrorist ölkəyə" səfər edir. Bu üzdən biz ciddi tədbirlərə əl atmalıyıq ki, bu da Abbasın başının bada getməsi ilə nəticələnə bilər."

Dünyanın gözü önündə minlərlə günahsız insanı, körpəni vəhşicəsinə qətlə yetirən İsrail rejimi çəkinmədən digər dövlətləri terrorizmdə ittiham edir. İsrailin xarici işlər naziri bir neçə gün öncə də Mahmud Abbası terrorizmi dəstəkləməkdə günahlandırmışdı.


Story Code: 191495

News Link :
https://www.islamtimes.org/az/news/191495/nam-sammitinin-israilə-sarsıdıcı-zərbələri

Islam Times
  https://www.islamtimes.org