QR CodeQR Code

Pan Gi Mundan İsraili qəzəbləndirəcək açıqlama

31 Aug 2012 16:15

IslamTimes - Pan Gi Mun Aviqdor Libermanın "terroristlər iclası" adlandırdığı Qoşulmama Hərəkatı sammitinə pərəstiş etdiyini bildirib.


"IslamTimes" "PressTV"-yə istinadən xəbər verir ki, hazırda Tehranda olan BMT baş katibi Pan Gi Mun İsrailin xarici işlər naziri Aviqdor Libermanın "terroristlər iclası" adlandırdığı Qoşulmama Hərəkatı (NAM) sammitinə pərəstiş etdiyini bildirib.

Ötən gün XVI Qoşulmama Hərəkatı sammitində çıxış edən Pan Gi Mun deyib: "Biz bu sammitin sülh və bərabərlik olan hədəflərini müdafiə etməli və onların gerçəkləşməsi üçün çalışmalıyıq."

Pan Gi Mun NAM sammitinə dünyada sülhün bərpası zəminindəki səylərinə görə pərəstiş etdiyini bildirib. BMT baş katibi Qoşulmama Hərəkatı ilə BMT-nin əl-ələ verərək çalışmalı olduğunu xatırladıb.

Pan Gi Mun sözlərinin davamında deyib: "Dünyada nüvə silahının artması bütün bəşəriyyət üçün böyük bir təhlükədir. Mən inanıram ki, İran nüvə silahlarının yayılmasının qarşısını almaqda mühüm rol oynaya bilər."

BMT baş katibi həmçinin İranın nüvə enerjisi ilə bağlı problemlərinin aradan qaldırılması üçün bu ölkənin 5+1 ilə danışıqlara davam etməsinin zəruri olduğunu bildirib.


Story Code: 191556

News Link :
https://www.islamtimes.org/az/news/191556/pan-gi-mundan-israili-qəzəbləndirəcək-açıqlama

Islam Times
  https://www.islamtimes.org