QR CodeQR Code

Dempsey, Obamanın Suriya siyasətini qınadı

31 Aug 2012 17:00

IslamTimes - General Dempsey ölkəsinin Suriyaya hərbi müdaxilə edəcəyi ilə bağlı fikirlərə etirazını bildirib


ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Martin Dempsey, Ağ Ev rəhbəri Barak Obamanın Suriya siyasətini tənqid edib. General Dempsey ölkəsinin Suriyaya hərbi müdaxilə edəcəyi ilə bağlı fikirlərə etirazını bildirib. "Türkiyə ordusunun rəsmiləri bufer zona yaratmağı NATO-ya həvalə etmək istəyir. Əgər bu belə olsa, onda zonanın müdafiəsi bizim boynumuza düşəcək. Bu isə silah, raket və başqa silahlardan istifadə edəcəyimiz deməkdir ",-deyən Dempsey, ittifaqın bunun öhdəsindən gələ bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Martin Dempsey çıxışı zamanı İsrailin nüvə proqramını bəhanə edərək İranı vurmaq hədəsini də qınayıb. /Faktxeber/


Story Code: 191577

News Link :
https://www.islamtimes.org/az/news/191577/dempsey-obamanın-suriya-siyasətini-qınadı

Islam Times
  https://www.islamtimes.org