QR CodeQR Code

Avrozonada işsizlərin sayı 18 milyona çatıb

31 Aug 2012 17:49

IslamTimes - 2012-ci ilin iyul ayından avrozonada işsizlərin sayı 18 milyona çatıb.


Ümumilikdə isə işsizliyin faizi 11,3 %-olub. Müqayisə etmək üçün bildirək ki, 2011-ci ilin iyul ayında bu göstərici 10,1% idi. Mətbuatın bildirdiyinə görə, 1995-ci ildən bu yana avrozonada işsizlik faizi rekord həddini vurub.

İşsizliyin ən çox faizi İspaniyada 25,1% və Yunanıstanda 23,1% olub. Ən az göstərici isə Avstriyada 4,5%, Hollandiyada 5,3%, Almaniya və Lüksemburqda isə 5,5% olub.

İyul ayında Beynəlxalq əmək təşkilatı avrozona ölkələrinin iqtisadiyyatlarında qəyişiklik etməzlərsə regionda tezliklə işsizlərin sayının daha da artacağına, 22 milyon nəfərə çatacağını bildiriblər. /Deyerler/


Story Code: 191588

News Link :
https://www.islamtimes.org/az/news/191588/avrozonada-işsizlərin-sayı-18-milyona-çatıb

Islam Times
  https://www.islamtimes.org