QR CodeQR Code

İrandan Azərbaycana dəstək

1 Sep 2012 00:45

IslamTimes - Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammiti başa çatıb.


Sammitin yekun sənədinə Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilib. Sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılır: “Dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər.

Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırır”. /AzerTac/


Story Code: 191639

News Link :
https://www.islamtimes.org/az/news/191639/irandan-azərbaycana-dəstək

Islam Times
  https://www.islamtimes.org