0
Saturday 1 September 2012 - 08:05

Qoşulmama Hərəkatının Tehran sammiti başa çatıb

Story Code : 191668
Qoşulmama Hərəkatının Tehran sammiti başa çatıb
Qoşulmama Hərəkatının Tehran sammiti başa çatıb
Avqustun 26-31-də İranın paytaxtı Tehran şəhərində keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının İran prezidenti Mahmud Əhmədinejadın sədrliyi ilə keçirilən XVI zirvə toplantısı başa çatıb. APA-nın İran mətbuatına istinadən məlumatına görə, sammitin sonunda 11 bənddən ibarət Yekun Bəyannamə qəbul edilib. Sənəddə ekoloji problemlərə və yoluxucu xəstəliklərə qarşı mübarizə məqsədilə birgə əməkdaşlığın zəruriliyi vurğulanıb. Eləcə də bildirilib ki, dünyada sülhü və təhlükəsizliyi təmin etmək bütün ölkələrin vəzifəsidir. BMT-nin bu istiqamətdə fəaliyyətinin daha da artırılması istənilib. Bəyannamədə Fələstin məsələsi, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, nüvə enerjisindən sülh məqsədilə üçün istifadə etmək, kütləvi qırğın silahlarına, terrorizmə, irqi və cinsi ayrı-seçkiliyə qarşı mübarizə də qeyd olunub. Bildirilib ki, Fələstin xalqının da öz müqəddəratını həll etmək haqqı var. Bu yolla da bölgədə sülh əldə oluna bilər.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVII zirvə toplantısı üç ildən sonra Venesuelada keçiriləcək.
Comment