QR CodeQR Code

Bu da arxalandığımız ABŞ...

1 Sep 2012 08:27

IslamTimes - Tommi Vietor Barak Obamanın Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əvfindən narahat olduğunu bildirib.


ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Tommi Vietor Azərbaycan zabiti Ramil Səfərovun əfvinə münasibət bildirib.

ANS PRESS-in Ağ evin internet saytına istinadən verdiyi məlumata görə, Tommi Vietor Barak Obamanın Macarıstandan Azərbaycana qayıdan Ramil Səfərovun əvfindən narahat olduğunu bildirib. “Ramil Səfərov 2004-cü ildə Budapeştdə Ermənistan ordusunun zabitini qətlə yetirdiyini etiraf edib və ömürlük həbs cəzası alıb. Biz Azərbaycan hökumətinə təəssüfümüzü çatdıracağıq. Bu addım regionda gərginliyin azaldılmasına, barışığa və yardıma xidmət etmir”.


Ağ Ev nümayəndəsi bəyan edib ki, Birləşmiş Ştatlar Macarıstandan da izahat gözləyir.


Story Code: 191674

News Link :
https://www.islamtimes.org/az/news/191674/bu-da-arxalandığımız-abş

Islam Times
  https://www.islamtimes.org