0
Saturday 1 September 2012 - 14:33

Netanyahu ilə ABŞ səfiri arasında mübahisə yarandı

Story Code : 191815
Netanyahu ilə ABŞ səfiri arasında mübahisə yarandı
Netanyahu ilə ABŞ səfiri arasında mübahisə yarandı
"IslamTimes" "Yediot Ahronot" qəzetinə istinadən xəbər verir ki, Respublikaçı senator Mayk Rocer (Mike Rogers) və ABŞ-ın Tel-Əvivdəki səfiri Daniel Şapiro ilə Netanyahu arasında görüş keçirilib. Uyğun görüşdə İranın nüvə enerjisi məsələsi ilə bağlı Netanyahu ilə ABŞ rəsmiləri arasında ciddi gərginlik yaranıb.

Bu görüşdə iştirak edən rəsmilərin bildirdiyinə əsasən, Benyamin Netanyahu ABŞ prezidenti Barak Obamanı İranın nüvə enerjisi sahəsindəki fəaliyyətlərini durdurmaq zəminində lazımınca çalışmamaqda ittiham edərək deyib: "Obama və onun dövləti İrana təsirli təzyiqlər əvəzinə İsrailə qarşı çıxaraq, bizi İranın nüvə təsisatlarına hücum fikrindən daşındırmağa çalışır."

Netanyahu ABŞ-ın "İranla diplomatik danışıqlar qapısı hələ də açıqdır" sözlərindən qəzəblənərək "artıq zaman sona çatır" deyib.
Comment