QR CodeQR Code

Ərəb diktatorlarının Ərdoğana 3 milyardlıq mükafatı

2 Sep 2012 11:28

IslamTimes - Ərdoğanın fars körfəzi ölkələri ilə imzaladığı razılaşmadan 3 milyard dollar əldə etdiyi bildirilir.


“IslamTimes” Livanın “Əd-Diyar” qəzetinə istinadən xəbər verir ki, informasiya agentlikləri Türkiyə xarici işlər naziri barədə şok xəbər yayıb. Belə ki, Ərdoğanın fars körfəzi ölkələri ilə imzaladığı razılaşmadan 3 milyard dollar əldə etdiyi bildirilir. Uyğun pul müqabilində Türkiyənin suriyalı müxalifləri himayə etməli olduğu söylənilir.

Türkiyə bu günədək bir çox təlim mərkəzləri və qarnizonları özünü “Azad Suriya Ordusu” adlandıran terroristlərin ixtiyarına verib. Hətta bu ordunun qurucularından olan Riyaz əl-Əsədin də hazırda Türkiyədə olduğu bildirilir.

Türkiyə xalqı və bir çox siyasətçilər isə ölkə daxilində baş verən terror hadisələrinin qarşısını ala bilməyən Ərdoğanın Suriyanın daxili işlərinə qarışmasını kəskin şəkildə tənqid edib.


Story Code: 192024

News Link :
https://www.islamtimes.org/az/news/192024/ərəb-diktatorlarının-ərdoğana-3-milyardlıq-mükafatı

Islam Times
  https://www.islamtimes.org