QR CodeQR Code

Sarkisyan: istənilən müharibəni udmağa hazırıq

2 Sep 2012 18:08

IslamTimes - İşğalçı Ermənistan prezidenti Serj Sarkisyan ölkəsinin Azərbaycanla istənilən müharibəni udmağa hazır olduğunu bəyan edib.


O qeyd edib ki, Ermənistan müharibə istəmir, amma Bakının buna vadar edəcəyi istisna deyil.

Sarkisyanın bəyanatı Azərbaycan prezidenti Ramil Səfərovun azadlığa çıxmasından 3 gün sonraya təsadüf edir.

Şənbə günü Yerevanda buna etiraz olaraq aksiya keçirilib.

Aksiyada yüzlərlə adam iştirak edib.

Ramil Səfərov 2004-cü ildə Budapeştdə keçirilən hərbi kurs zamanı erməni zabitini qətlə yetirdiyinə görə Macarıstanda ömürlük həbsə məhkum edilmişdi.


Story Code: 192167

News Link :
https://www.islamtimes.org/az/news/192167/sarkisyan-istənilən-müharibəni-udmağa-hazırıq

Islam Times
  https://www.islamtimes.org