0
Sunday 2 September 2012 - 21:08

Tehran sammiti bir kəşfiyyat araşdırması çərçivəsində

Story Code : 192189
Tehran sammiti bir kəşfiyyat araşdırması çərçivəsində
Tehran sammiti bir kəşfiyyat araşdırması çərçivəsində
2012-ci il 30 avqust tarixi Qoşulmama Hərəkatının 50 ili ötmüş ömründə dönüş nöqtəsi kimi yadda qaldı. Həmin gün hərəkata 3 illik rəyasət rəsmi şəkildə İran İslam Respublikasına tapşırıldı və sammit böyük inqilab rəhbərinin bəyanatı ilə işə başladı.

Ayətullah üzmə Xameneinin çıxışında zəruri nöqtələr vardı. Böyük rəhbər buyurdu ki, dünyanın idarəçilik sükanı bir neçə Qərb ölkəsi diktaturası vasitəsi ilə idarə olunmamalıdır. Cənab rəhbər buyurdu ki, Təhlükəsizlik şurasının diktaturasının vaxtı ötüb keçib. Bu da qeyd olundu ki, beynəlxalq yanlış strategiyadan hamı yorulub. Cənab rəhbər buyurdu: “ABŞ siyasətçilərinə xeyirxah bir tövsiyəm var. Bu rejim (İsrail) sizə çox problem yaradıb... Cəsarət göstərib özünüzü bu düyündən xilas edin. Dünyadakı şərait həssasdır və planetimiz tarixi bir döngədən keçməkdədir.”

Tehran sammiti, onun mətni və haşiyəsi imperializm cəbhəsində iki zidd münasibətlə qarşılandı. Belə bir nəticə çıxarmaq olar ki, reaksiyalardan biri gerçək, o biri yanlışdır. İmperializmə bağlı siyasətçilər və mətbuat əvvəlcə Tehran sammitini dəyərsiz göstərməyə çalışdılar. Amma tədricən etiraf etdilər ki, Tehran sammiti İranın nüfuzunu artırıb və Qərb imperializminə ağır bir sillə olub. Qərb mətbuatı öz etibarını itirməməyə çalışsa da müxalifətə bağlı farsdilli mətbuat intihari addımlar atdı və gündüzü gecə kimi göstərməyə çalışdı. Bu cərəyan Amerikanın səsi, BBC, Radio Fərda kimi şəbəkələrdə başladı və hörmüçək toru kimi zəncirvari saytlarda tamamlandı. Çox çalışdılar ki, cüzi məsələləri önə çəkib sammitin əsas mahiyyətinə kölgə salsınlar. Əvvəlcə hay-küy saldılar ki, Pan Gi Mun və Məhəmməd Mursi Tehrana gəlməyəcək. Misir prezidentinin Fələstinin azadlığı uğrunda təlaşları, İsraillə müxalifəti, Təhlükəsizlik Şurasının quruluşuna etirazı, nüvə enerjisindən sülhməramlı istifadəyə dəstəyi düşmən mətbuatında senzura ilə qarşılaşdı. Düşmənlər İran və Misirin 95 faiz müştərək fikrini bir kənara qoyub, Suriya mövzusunda fərqli baxışlarını işıqlandırdılar. Hansı ki, Tehran sammiti bütün dövlətlər üçün azad tribuna idi.

Bu informasiya vasitələrinin qalmaqallı xəbərləri analiz olunmalıdır. Əgər XVI samit onların dediyi kimi əhəmiyyətsiz idisə nə üçün ona qarşı belə böyük kampaniya aparılır?! Kampaniyanın böyüklüyü göstərir ki, düşmənə ağır zərbə dəyib. Digər tərəfdən mətbuatdakı çıxışlar heç də ABŞ və İsrail siyasətçilərinin fikirləri ilə tam üst-üstə düşmür.

ABŞ və Avropa mətbuatının son həftədə mövqeyi bu oldu ki, Tehran sammiti dünya birliyinin İranla olduğunu göstərir. ABŞ və İsrailin təklənməsi Netanyahunun çıxışında aşkar təsdiqləndi. İsrail radiosu İsrail baş nazirinin “Tehran sammiti 120 ölkənin nümayəndəsi üçün ağır ləkədir”, sözlərini yaydı. Baş nazir demişdi: “Onlar elə bir ölkəyə gəliblər ki, bu ölkə İsrailin məhvinə çalışır.” Nə üçün Netanyahu bu qədər narahatdır? Əgər Tehran sammiti fars dilli şəbəkələrin yaydığı kimi əhəmiyyətsiz idisə, nə üçün Liberman Kanal-10-a belə dedi: “Mahmud Abbasın İranda terrorçuların toplantısına qatılması tariximizdə qara bir gündür.”

33 günlük müharibədə ABŞ-ın Beyrutdakı səfiri olmuş və sammitə Pan Gi Munun müavini kimi qatılmış Cefri Feltmen BMT baş katibinin cənab rəhbərlə görüşündə rəngi qaçmış halda oturmuşdu. Kaş ondan istəniləydi ki, ABŞ kəşfiyyat qurumlarının İsraillə bağlı 82 səhifəlik hesabatını Tehran sammitində oxuyaydı.

Həqiqət budur ki, İran İslam Respublikası öz möhkəm iradəsini yanlış dünya siyasəti qarşısında ortaya qoydu. Təcrübə göstərir ki, bu addım düzgün olub. Cənab rəhbərin sammitdəki çıxışı mərhum imam Xomeyninin imperializm və sionizm qarşısında başladığı müqavimətin davamı idi. Nəticələr özünü göstərməkdədir. Əsas məsələlərdən biri saxta İsrail rejiminin taleyidir. Belə bir fikir vardı ki, işğaldan 60 il sonra İsrail regionda möhkəmlənib. İsrail ordusunun kəşfiyyat bölmə rəisi illik hesabatında bildirir: “Növbəti il əvvəlkindən daha islamçı bir regionla üzbəüz olasıyıq.” Əslində bu regionda qüvvələr nisbətinin dəyişməsini göstərir. Böyük rəhbərin Amerika başçılarına müraciəti onları qəsbkar İsrailin himayəsindən çəkinməyə çağırışı ABŞ-da ciddi əks-səda doğurub. Avqustun 28-də xarici işlər nazirlərinin görüşü zamanı 16 İnformasiya Mərkəzinin hesabatı yayıldı. Hesabatdan sonra sual yarandı ki, ABŞ İsrailsiz Yaxın Şərq modelinə hazırlaşır? Hesabatda vurğulanırdı ki, İsrail Amerika xalqının mənafeləri üçün ən böyük təhlükədir və öz mahiyyəti ilə Vaşinqtonun 57 ölkə ilə normal münasibətinə mane olur. Ərəb baharı, İslam oyanışı müsəlman dünyasının böyük bir hissəsini hərəkətə gətirdi və Fələstinin işğalı əsas mövzuya çevrildi. Artıq Amerikanın İsraili himayə etmək gücü yoxdur. İsrail irqçi və işğalçı rejim olaraq demokratik quruluş imicini itirib. İsrailin aparteyd xarakteri ilə dünya miqyasında mübarizə gedir. Dünyanın müxalif olduğu ölkə ilə həmkarlıq əlverişsizdir. İsrailin vəziyyəti Cənubi Afrikada aparteyd rejiminin vəziyyətindən yaxşı olmayacaq. Əgər İran olmasaydı İsrailin ABŞ üçün problem olması gündəmə gəlməzdi. Sarkozi və Obama ötən il Fransadakı toplantıda Netanyahunu müttəfiq yox, problem kimi yada saldılar.

İran İslam Respublikası dünyadakı mövcud sistemin dəyişilməsi və ədalətli bir nizam qurulması məqsədini izləyir. İran 30 il əvvəl bu yolda tək idi. Bəziləri düşünürdü ki, İranın tələbləri sırf idealizmdir. Bu gün İranın tələbləri həqiqət libası geyib və dünya müstəvisində qəbul olunmaqdadır. Qoşulmama Hərəkatına rəhbərliyin 3 il Tehrana tapşırılması bu cəbhəni gücləndirəcək. Qoşulmama Hərəkatının ofisinin fəallaşdırılması, hərəkatın prinsiplərinin reallaşması üçün yeni strategiyaların yaradılması hərəkat tarixində irəli addımlardandır. Artıq millətlər imperializm qorxusunu özündən kənarlaşdırıb və hərəkat imperializm qarşısında öz kimliyini ortaya qoyur. Düşməndə qorxu yaranıb. Bu qorxunu sionist başçılarının simasında aydın görmək olar. Qoşulmama Hərəkatı üzvləri müştərək məqsədlərlə yanaşı problemli mövzulara da aydınlıq gətirməkdədir. İranın rəhbərliyi altında fəaliyyət göstərəcək ofis bu istiqamətdə ciddi təlaşların mərkəzi olacaq. Müştərək bazar, dollarsız iqtisadiyyat, elm və texnologiya sahəsində həmkarlıq, o cümlədən nüvə texnologiyasının inkişafı, yanacaq bankının yaradılması, Təhlükəsizlik Şurasının quruluşu ilə bağlı tələblər, veto hüququnun aradan götürülməsi, Suriya böhranı kimi böhranların həlli, nüvə silahının ləğvi hərəkatın fəaliyyət proqramlarındandır. Mühüm budur ki, Qoşulmama Hərəkatının üzvləri hər gün artmaqdadır. Artıq hamı başa düşür ki, imperializmin istəklərinin sonu yoxdur və onların əyləcini çəkməyin yeganə yolu müqavimətdir. Heç bir informasiya vasitəsi qüvvələr nisbətində yaranmış dəyişikliyi inkar edə bilməz. İmperializmə bağlı şəbəkələrin fəryadı gücləndikcə həqiqəti gizlətmək də çətinləşir. Sual olunur ki, əgər bir hadisə baş verməyibsə, nə üçün bu qədər narahatsınız? Onlar Tehran sammitini əhəmiyyətsiz göstərməyə çalışsalar da nigarançılıqları diqqəti çəkdi və fəaliyyətləri əks nəticə verdi. Hamı başa düşdü ki, çox mühüm bir hadisə baş verir. ABŞ kəşfiyyat mərkəzlərinin 82 səhifəlik hesabatı ilk xəbərdarlıq oldu. Bəli, dünyada vəziyyət həssasdır, dünya tarixi bir döngədən keçməkdədir.

"IslamTimes" - Təcümə şöbəsi
Comment