0
Monday 3 September 2012 - 01:40

Macarıstan Azərbaycana nota verdi

Story Code : 192225
Macarıstan Azərbaycana nota verdi
Macarıstan Azərbaycana nota verdi
Macarıstan Azərbaycana nota verib. APA-nın Macarıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet sentyabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşüb.

J. Nemet avqustun 31-də Azərbaycana qaytarılmış Ramil Səfərovun əfv edilməsi ilə bağlı Macarıstanın mövqeyini çatdırıb.

J. Nemet Macarıstanın diplomatik notasını səfirə təqdim edib.

Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahatlığı ifadə olunub.
Comment