QR CodeQR Code

Macarıstan Azərbaycana nota verdi

3 Sep 2012 01:40

IslamTimes - Macarıstan XİN Ramil Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahat olduğunu bildirib.


Macarıstan Azərbaycana nota verib. APA-nın Macarıstan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet sentyabrın 2-də Azərbaycanın bu ölkədəki səfiri Vilayət Quliyevlə görüşüb.

J. Nemet avqustun 31-də Azərbaycana qaytarılmış Ramil Səfərovun əfv edilməsi ilə bağlı Macarıstanın mövqeyini çatdırıb.

J. Nemet Macarıstanın diplomatik notasını səfirə təqdim edib.

Notada Macarıstan XİN-in R. Səfərovun cəzasının qalan hissəsini çəkməməsindən narahatlığı ifadə olunub.


Story Code: 192225

News Link :
https://www.islamtimes.org/az/news/192225/macarıstan-azərbaycana-nota-verdi

Islam Times
  https://www.islamtimes.org