QR CodeQR Code

Türkiyədə PKK ilə atışmada 9 əsgər həlak olub

3 Sep 2012 10:02

IslamTimes - Türkiyənin cənub-şərqində sentyabrın 2-də axşam PKK terrorçuları ilə baş verən silahlı toqquşmada ən azı 9 hərbçi və polis həlak olub, 8-dən çoxu isə yaralanıb.


APA-nın məlumatına görə, terrorçular Şırnak vilayətinin Beytüşşəbah rayonunda hərbi şəhərciyə və polis postlarına basqın ediblər. Hücum zamanı qumbaraatanlardan və avtomat silahlardan istifadə edilib.

Terrorçularla atışma bir neçə saat davam edib.

Sentyabrın 3-ü səhərə yaxın 20-dən çox terrorçu qətlə yetirilib.


Story Code: 192293

News Link :
https://www.islamtimes.org/az/news/192293/türkiyədə-pkk-ilə-atışmada-9-əsgər-həlak-olub

Islam Times
  https://www.islamtimes.org