0
Monday 3 September 2012 - 10:59

Serj Sarkisyan Azərbaycanı müharibə ilə təhdid etdi

Story Code : 192321
Serj Sarkisyan Azərbaycanı müharibə ilə təhdid etdi
Serj Sarkisyan Azərbaycanı müharibə ilə təhdid etdi
AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, Ermənistan prezidenti təbrikində deyib: “Qondarma respublika demokratik, inkişaf edən bir ölkədir və bu bütün dünyaya, o cümlədən sizə nifrət edənlərə də gün kimi aydındır. Siz əcdadlarınızın yaşadıqları torpaqları minalardan təmizləyirsiniz, evlər, məktəblər tikirsiniz və ölkənizi çiçəkləndirirsiniz”.

Ermənistan prezidenti həmçinin, həyasızcasına Qarabağ ermənilərini zülmə, etnik təmizləməyə məruz qalan xalq kimi təqdim edib. Müharibə mövzusuna da toxunan erməni prezident Azərbaycanı təhdid etməkdən də çəkinməyib: “Ermənistanı zəif bilmək lazım deyil, biz yenə də döyüşə və qalib gələ bilərik”.

O, Ramil Səfərovun azad edilməsi məsələsinə də toxunaraq, öz çirkin niyyətlərini bir daha biruzə verib: “Artıq bundan belə heç bir kəs Dağlıq Qarabağ ermənilərinə Azərbaycana birləşin deyə bilməyəcək. Çünki, onlar erməni zabitini öldürən şəxsi azad etdilər”.
Comment