QR CodeQR Code

Yəməndə ABŞ hava hücumunda 7 nəfər öldü

3 Sep 2012 11:34

IslamTimes - Yəməndə ABŞ-ın «Əl-Qaidə» üzvlərini hədəf aldığı iddia edilən hava hücumunda 7 yəmənlinin öldüyü bildirilir.


Hadisə şahidləri ABŞ-a aid pilotsuz təyyarə ilə təşkil edilən hücumun hədəfinin «Əl-Qaidə» liderlərindən Əbdurrauf əz-Zeheb olduğunu iddia edir. Zehebin əvəzinə mərminin başqa bir maşına tuş gəlməsi nəticəsində maşında olanların həyatını itirdiyi ifadə edilir.

Digər tərəfdən, Yəmənin cənubundakı Ebyen şəhərində «Əl-Qaidə» üzvlərinə etiraz etmək məqsədiylə yaradılan Xalq Komitəsinin sədri Əbdüllətif Seyid bildirib ki, Pakistan və Somali əslli iki «Əl-Qaidə» döyüşçüsü bu gün öldürülüb, «Əl-Qaidə»yə kömək edən 18 adam da həbs olunub. /Deyerler/


Story Code: 192326

News Link :
https://www.islamtimes.org/az/news/192326/yəməndə-abş-hava-hücumunda-7-nəfər-öldü

Islam Times
  https://www.islamtimes.org